İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?
Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bir neçə cavab kartının verilməsinə ehtiyac yoxdur. İmtahan təkcə biliklərin nümayiş etdirildiyi məkan deyil, həm də bacarıqların, diqqətin yoxlanıldığı məkandır. Şagird bir sualın cavabını səhv köçürübsə, bu, heç bir halda bağışlanmamalıdır:
"İmtahan çox ciddi prosesdir. Burada ən bacarıqlı, ən hazırlıqlı abituriyentlər uğur qazanmalıdırlar. Ümumiyyətlə, imtahan prosesində hər hansı güzəşt yolverilməzdir. Bunlardan biri də cavab kartlarıdır. İmtahan təkcə biliklərin nümayiş etdirildiyi məkan deyil, həm də bacarıqların, diqqətin yoxlanıldığı məkandır. Sınaq imtahanlarında cavab kartı dəyişmək imkanı verilir. Bundan sui- istifadə edən iştirakçılar diqqətli olmurlar. Təbii ki, Dövlət İmtahan Mərkəzi hər imtahan iştirakçısının adına bir nüsxə cavab kartı emal edir və bunun ikincisi olmamalıdır. Dünya təcrübəsində bir neçə cavab kartının verilməsi yoxdur. Bunu heç bir halda dəyişməyə ehtiyac da yoxdur. Çünki şagird bir sualın cavabını səhv köçürübsə, bu, heç bir halda bağışlanmamalıdır. Çünki biz daha diqqətli və hazırlıqlı abituriyentləri serçməliyik. Hesab edirəm ki, ikinci cavab kartını verməyə ehtiyac yoxdur. Əvvəlki illərin təcrübəsi göstərir ki, kütləvi şəkildə cavab kartının korlanması yoxdur. Ona görə də 2-ci şans verməyə ehtiyac yoxdur".
Tehsil-press.az