Xəbər verdiyimiz kimi, Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edib.
Bu barədə “Alpha News” assambleyadakı mənbəsinə istinadən məlumat yayıb.
Millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, Azərbaycanın Avropa Şurasına qayıdışı ilə bağlı Nazirlər Komitəsinin qəbul etdiyi qərar çox önəmlidir:
“O baxımdan ki, onlar artıq parlament üzvlərinin korporativ maraqlarına görə qəbul etdiyi qərarın girovuna çevrilmirlər. Daha çox real siyasət prizmasından baxırlar. Çünki özləri də anlayırlar ki, bu, birbaşa Azərbaycana qarşı çıxarılmış ədalətsiz qərardır. İllərdir bu mövzuda Ermənistana hansısa bir sanksiya tətbiq etməyə cəsarəti çatmayan ölkələrin parlamentariləri birdən-birə Azərbaycan məsələsinə bu cür guya həssaslıq göstərirlər və Azərbaycanı məhz Ermənistanla müqayisədə bir az daha ağır vəziyyətdə göstərməyə çalışırlar. Bu da üzücü bir haldır. Amma buna baxmayaraq, Azərbaycan həmişə öz maraqlarını qorumağa və başqa dövlətlərin qarşısında da bir dövlət olaraq özünün suverenliyinə aid olan məsələlərin hər hansı bir şəkildə tapdanmasına yol verməməsinə görə bu cür təzyiqlərlə qarşılaşır. Amma bunlar boşunadır. Çünki dəfələrlə belə hallarla üz-üzə qalsaq da, Azərbaycan dövləti özünün xarakteri, məsələlərə yanaşması ilə göstərib ki, onə hər hansı bir təzyiqlə nəyisə diktə etmək olmaz. Azərbaycan sayğı göstərir, öhdəliklərini yerinə yetirir. Müəyyən öhdəliklər var ki, bu, Azərbaycan üçün qərəzli xarakter daşıyır. Buna da müəyyən dərəcədə münasibətimizi ortaya qoyuruq. Amma bütövlükdə yanaşma tərzi Azərbaycana qarşı ədalətli yanaşma deyil. Məhz Azərbaycanın bu cür məsələlərdə prinsipial mövqeyinə görə bu, bir cəzalandırma niyyətidir.
Avropa Şurasının Nazirlər Komitəsi bu məsələdə fikirləşib ki, Azərbaycan kimi bir partnyoru bu formada sıradan çıxarmaq, onu uzaqlaşdırmaq Avropanın maraqlarına uyğun deyil. Ona görə də realist bir qərardır. Bu qərar yəqin ki, müəyyən dərəcədə təsiredici gücə sahib olacaq”.
Tehsil-press.az