Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞPA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar mətbuat konfransı keçirir.
Konfransda çıxış edən S. Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir və bundan sonra da davam edəcək:
"Ancaq dünənki qərar növbəti ikili standartlarla dolu yanaşmadır. Dünən həmin komitədə bir neçə üzv və mən sanksiyalarla üzləşmişik. Bu birinci dəfə deyil. Bu sanksiyaların tətbiqinə yazılı məktubumda qiymət vermişəm. Məktubda da qeyd etmişəm ki, bunun heç bir əsası yoxdur və Azərbaycana qarşı olan qərəzli münasibətdir".
O qeyd edib ki, heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz: "Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞPA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla qəbul olunmuş qərarların əksəriyyəti mənfidir. Guya, beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar nə söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilər. Bu hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir".
***
S. Seyidovun sözlərinə görə, onu 3 saata istintaqa çəkiblər:
"Dedilər ki, siz sadəcə etiraf edin ki burada qeyri-qanuni işlərlə məşğul olmusunuz. Təbii ki belə şey olmayıb. Azərbaycan öz doğru qanuni yolu ilə gedib. Mən əminəm ki, Avropa Şurası dəyişəcək. Heç kim heç kimi əbədi bir təşkilata bağlamayıb. Burada əsas Azərbaycanın maraqlarıdır. Nümayəndə heyətinin 12 üvzü var və bunların hər biri Azərbaycanı layiqincə təmsil etməyə hazırdır. Heç kim düşünməsin ki, biz meydanı tərk edəcəyik. Avropa Şurası kriz içərisində olan təşkilatdır. Bunları təhlil etmək lazımdır. Mənim nümayəndə heyətimdən çıxarılmağımla bağlı yayılanlar yanlışdır. Mən bu sanksiyaları yerinə yetirməyə məcburam. Ancaq orada təmsilçiliklə bağlı kimin olmasını partiya müəyyən edəcək. Bu məsələ müzakirə əsasında məlum olacaq. Bu mən, yaxud başqaları da ola bilər".
Tehsil-press.az