Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-ın redaksiyasında qonaq olub.
77 yaşlı partiya sədri Qərbi Azərbaycanda anadan olub və 90-cı illərdən bu yana siyasətdədir. O, parlament seçkiləri, rəhbərlik etdiyi partiyanın fəaliyyəti və gündəmdə olan digər suallarımızı cavablandırıb.
Deputatla söhbəti təqdim edirik:
- Redaksiyamıza xoş gəlmisiniz. Fəzail müəllim, səhhətiniz necədir? Növbəti parlament seçkilərində iştirak etməyi düşünürsünüz?
- Şükür yaxşıyam, amma deyə bilmərəm ki, əlayam. Seçkilərdə iştirak etməyi də, bəli, düşünürəm. Sağlıq olsun, görək, həmin vaxta qədər yaşaya biləcəyəmmi? Allah ömür verərsə, səhhətimdə hər hansı problem yaranmazsa, seçkilərdə iştirak etməyi planlaşdırıram. Reallıqlar bizə nəyi diqtə etsə, o da olacaq.
- Bir çoxları, eləcə də bəzi həmkarlarınız deyir ki, bu il növbədənkənar parlament seçkiləri olacaq. Bəs, siz necə düşünürsünüz?
- Bunu növbədənkənar parlament seçkiləri adlandırmaq olmaz. Amma mənim proqnozuma görə, bu seçkilər avqust-sentyabr aylarında ola bilər. Əslində mənim də dəqiq məlumatım yoxdur, amma düşünürəm ki, bu proses ya iyuna qədər olmalıdır, ya da keçəcək payıza. Hər halda bu il parlament seçkilərinin keçirilməsi istisna edilmir.
- Sizcə, seçkilərdə yenə 125 deputat yeri uğrunda mübarizə gedəcək?
- Bəli, fərqli olması üçün Konstitusiyaya dəyişiklik edilməli idi. Ona görə də 125 deputatla seçkilərə gedəcəyik. Əgər növbəti mərhələdə zərurət yaranarsa, dəyişikliklər edilə bilər. Amma deyim ki, Prezidentin islahatlar paketində nələrin olub-olmamasını biz deyə bilmərik, onu yalnız Prezident bilər.
- Fəzail müəllim, sizin parlamentdə bəzi çıxışlarınız müzakirələrə səbəb olur. Son çıxışlarınızın birində hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kəndin azad edilməsi barədə çağırış etmişdiniz. Amma hazırda 4 kənd məsələsi diplomatik yolla həll olundu. Siz bundan sonra digər 4 kəndin aqibətini necə görürsünüz?
- Mənə elə gəlir ki, bu 4 kənd də diplomatik yolla qaytarılacaq. Mən həmin fikirləri ola bilər ki, Paşinyanın çıxışlarına uyğun olaraq demişəm. Paşinyanın və digər erməni siyasətçilərin çıxışları belə deməyə əsas verirdi ki, bizi yeni müharibəyə sürükləyirlər. Bu müharibə çıxşlarını tək mən yox, digər azərbaycanlı siyasətçilərlə də edirdi. Biz bununla sübut edirdik ki, Azərbaycan xalqı həmin kəndlər üçün yenidən müharibə etməyə hazırdır. Bununla biz Prezidentin çıxışlarına dəstək verirdik. Amma hazırda proses göstərir ki, diplomatik danışıqlar yolu ilə məsələlər həll oluna bilər.
TƏBRİZ HAZIR OLSUN, ORADA MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ QURULACAQ
- Parlamentdə çıxşlarınız zamanı bəzən Güneyli soydaşlarımıza da çağırış edirsiniz. İran-İsrail arasında hazırkı qarışıqlıq dövründə orada olan soydaşlarımıza nə demək istərdiniz?
- İndiki halda soydaşlarımıza sadəcə hadisələrin gedişini izləməyi məsləhət görürəm. Mən inanmıram ki, İsrail başladığı prosesi yarımçıq qoysun. İsrail İranla bağlı bütün qüvvələri məhv edəcək. Belə olan vəziyyətdə bizim soydaşlarımız prosesləri izləməlidirlər. Yaranmış vəziyyətdən az qurban verərk istəklərinə nail olmalıdırlar. Bu, istək həm də bizim istəkdir. Bu, Güneyin azadlığı, müstəqil dövlətin yaranmasıdır. Bu dövlət də gec-tez yaranacaq. Bundan sonra onlar da Türk Dövlətləri Təşkilatına qoşula bilərlər. Biz buna doğru gedirik. Mən soydaşlarımıza səslənirəm ki, yaxın zamanda öz dövlətləri olacaq. Çünki orada kifayət qədər güclü milli birliklər var. Proses gedir, indiki İran rejiminin çökməsinə bir şey qalmayıb. Hətta elə bir situasiya yarana bilər ki, oradakı soydaşlarımızın təhlükəsizliyini qorumaq və sahib çıxmaq üçün İrana qoşun yeridə bilərik.
- Bununla Qərbi Azərbaycan məsələsi də həll olunmuş sayılacaq, eləmi?
- Ermənistan Rusiyanın bir layihəsi olub. Biz bu gün görürük ki, Rusiya özünü sakit aparır. Amma bu sakitliyin altında nələrin olduğunu deyə bilmərik. Əslində Rusiya Ermənistana hədsiz dərəcədə qəzəblidir. Görünən odur ki, hadisələr bizim xeyrimizə hesablanır. Ermənistanın dörd bir tərəfi türklərlə əhatə olunub. Bir də görəcəyik ki, Qərbi Azərbaycanda bir dənə də erməni qalmayıb. Mən düşünürəm ki, Qərbi Azərbaycana silah işlətmədən sahib olacağıq.
- Yeri düşmüşkən, daha sizə “yeraz” demirlər ki?
- Mən düşünürəm ki, bu ifadənın artıq tarixə qovuşmasının vaxtı çatıb. Biz Qərbi azərbaycanlılar olaraq yolumuza davam etməliyik.
- Fəzail müəllim, hazırda Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Sizcə, hazırki vəziyyətdə bu təklif qəbul edilə bilərmi və Azərbaycanın mövqeyi necə olacaq?
- Bu, çox yanlış və qərəzli münasibətdir. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad olunması üçün işlər görüb. O zaman bütün Azərbaycan vətəndaşlarına sanksiya tətbiq etsinlər. Onların bu addımına görə göz yaşı tökməli, həyacanlanmalı deyilik. Nə olur, olsun. Sanksiya tətbiq edəcəklərsə, həmin adamlara Amerikaya getməyəcəklər. Guya, general Hikmət Mirzəyevin Amerikadan ötrü ürəyi gedir? Ya da digərlərinin. Amma mən güman etmirəm ki, bu, qəbul oluna.
AMERİKANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ ŞUŞAYA DA GETSİN!
- Amerikadan söz düşmüşkən, ölkəmizə yeni təyin olunan səfir hər həftə demək olar ki, Azərbaycanın müxtəlif bölgələrində olur. Siz amerikalı siyasətçinin bu səfərlərini necə dəyərləndirirsiniz?
- Amerikanın ölkəmizdə səfirinin fəaliyyətini diqqətlə izləyirəm. Bir neçə bölgəmizə səfər edib, amma niyə Şuşaya səfər etmir? Əgər səfir Şuşaya səfər edərsə, Azərbaycanın separatçılara qarşı apardığı mübarizəni dəstəkləmiş olacaq. Ağdama getmək o demək deyil ki, Azərbaycanın suverənliyini dəstəkləyir. Təkloif edirəm ki, Şuşaya da getsin.
- Fəzail müəllim, bir müddət əvvəl partiyanızın YAP-a birləşəcəyi ilə bağlı xəbərlər yayılırdı. İndi vəziyyət necədir, partiyanızı daha YAP-a birləşdirmək istəmirsiniz?
- Biz müstəqil olaraq fəaliyyətimizi davam etdiririk. Birləşməyə hələ ehtiyac görmürük. Bizim partiyamız dövlətçilik mövqeyində duran partiyadır, YAP-da iqtidarda olan. Bizim partiyamız iqtidaryönümlü olsaydı, mən Baş nazir olanda Sürət Hüseynovla, Ramiz Mehdiyevlə döyüşməzdim. Bir vaxtlar Ramiz Mehdiyev Heydər Əliyevin xəstəliyindən istifadə edərək, hakimiyyətə gəlmək istəyirdi. Amma mən onun maskasını endirdim və mətbuata bildirdim ki, o, Rusiyanın baş rezidentidir.
RAMİZ MEHDİYEV MƏNİ TUTDURMAQ ÜÇÜN ƏSAS TAPMADI
- Bəs sizi həmin vaxt niyə tutmadılar?
- Məni tutmaq üçün əsas lazım idi. Mən bilirdim ki, Ramiz Mehdiyev kimi düşmənim var. Hər səhər işə gedəndə Allaha yalvarırdım ki, Ramizlə məni üz-üzə gətir, amma onun təxribatlarından qoru. Məni həmin vaxt tək bir şəxs qoruyurdu, o da cənab Prezident idi. Prezident hər zaman məni nəzərdə saxlayıb. İllər əvvəl mənim səhhətimdə ciddi problem yaranan zaman Cenevrədə müalicə olunurdum. Yeddi ay mən xəstəxanada qaldım, bütün xərclər Prezidentin göstərişilə ödənildi. Mən Prezidentimizə çox şey borcluyam.
- Bəs, Xalq Cəbhəsi ilə əlaqələriniz necə idi?
- Mən Azərbaycan Xalq Cəbhəsini yaradanlardan, Elçibəyin sədr olmasına çalışanlardan biri olmuşam. AXC-nin proqram və Nizamnaməsinin hazırlanması bizim evdə baş tutub. Bizim evdə Firudin Cəlilov, Vurğun Əyyub, Fuad Ağayev, Pənah Hüseyn toplaşıb, Cəbhənin işlərini planlayırdıq. Amma 1990-cı ildə Ağdaşda keçirilən iclasda AXC-nin fəaliyyətini tənqid edən də mən oldum. Çünki onlar 20 Yanvarda xalqı tək qoyub, getmişdilər. Ondan sonra mən istefa verdim, öz partiyamızı qurduq. Daha sonra Xalq hərakatı dövründə də Heydər Əliyevin ünvanına sərt ifadələrin söylənildiyi vaxtda onu ciddi şəkildə müdafiə edənlərdən biri də mən idim. 1991-ci ildə Heydər Əliyevlə Naxçıvanda görüşdük, mən ona söz verdim ki, hakimiyyətə gəlməsi üçün mübarizə aparacam.
- Fəzail müəllim, siyasətdən uzaqlaşaraq sizin gündəm olan çıxışınıza qayıtmaq istəyirəm. Ötən il "Yüksək maaşım var, ancaq gilas ala bilmirəm" demişdiniz. İndi necə, bazar qiymətlərindən razısınızmı?
- Mən o müsahibəni verməkdən çox peşman olmuşdum. Özümə söz vermişəm ki, bir də bu barədə danışmayacam. Orada əslində mən xalqın adından çıxış edirdim. Bəzi qüvvələr məni vurmaq üçün bundan mənə qarşı istifadə etdilər. Amma bildirim ki, indi də bazar qiymətlərindən əhali razı deyil. Bunun da səbəbləri qlobaldır. Mən təklif etmişəm ki, Azərbaycanda istehsal olunan məhsullara əlavə dəyər vergisi ləğv edilə bilər. Bununla da bahalaşmanın qarşısı alına bilər.
YERLİ MAŞIN YOXDUR, YAZIQ MƏMUR NEYNƏSİN?!
- Sizcə, məmurlar yerli istehsal olunan maşınları sürmədilər?
- Guya, yerli istehsal olunan maşın var? Ordan-burdan hissələr gətirilir, onu da tam yığa bilmirlər. Alınan maşın bir həftədən sonra xarab olacaqsa, yazıq məmur nə etməlidir? Ancaq mən tərəfdarı deyiləm ki, məmurlar çox bahalı maşınlar sürsünlər. Çünki dövlət büdcəsindən vəsait gedir, büdcəni talamaq olmaz. Amma bahalı maşınlar sürülməsi də dövlətimizin imkanını göstərir. İnanıram ki, bu dediklərimə görə qınağa tutmazlar. Maşını sürənlər qalacaqlar qıraqda, məni tənqid edəcəklər.
- Bir deputat olaraq, övladlarınızı növbəti parlament seçkilərində görürsünüz?
- Hansı valideyn öz övladını inkişafda görmək istəməz? Ya parlamentdə, ya da başqa platformada görmək istəyərəm. Mənim övladlarım çox vətənpərvərdilər.
Tehsil-press.az