Qüdrət Həsənquliyev: “Onlar Birinci Qarabağ müharibəsi dönəmindəki Türkiyəni arzulayırlar, çünki o zaman Ankaraya deyəcəklər ki, Azərbaycana bir dənə patron da vermə...”
Havadarlarından dəstək alan Ermənistan hakimiyyəti 10 noyabr 2020-ci ildə imzaladığı sənədə əsasən, öhdəliklərini sonadək yerinə yetirmək istəmir. Naxçıvan bölgəsinə quru əlaqəmizin təmin olunmasına müqavimət göstərən rəsmi İrəvan işğal altındakı 8 kəndimizi də geri qaytarmamaq üçün bəhanələr uydurur.
BAXCP sədri, Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bu mövzularla bağlı suallarını cavablandırıb. Müsahibəni tədim edirik:
- Qüdrət bəy, görünən budur ki, Ermənistanla münasibətlər hər an gərginləşə bilər. İrəvandan davamlı şəkildə təxribatçı açıqlamalar yayılır, müharibə anonsu verilir. Eyni zamanda Avropa İttifaqının bölgədəki missiyası da gərginliyi tətikləməklə məşğuldur. Yeni müharibə baş verə bilərmi?
- Təəssüf ki, baş verə bilər. Ona görə ki, Ermənistan Qərb ölkələrini, xüsusilə Fransanı bölgəyə gətirmək üçün belə bir təxribata əl ata bilər. Biləsiniz, Ermənistana təzyiq etməsək bizimlə heç vaxt sülh sazişi imzalamayacaq. Bəzi adamlar Ermənistanın məkrli təbliğat kampaniyasının təsiri altına düşərək illuziyaya qapılıblar ki, guya Ermənistan sülh sazişinin olmasına çox istəklidir. Bu, aldadıcıdır. Onlar beynəlxalq birliyi aldatmaq istəyirlər ki, biz sülh istəyirdik, amma Azərbaycan müharibəni başlatdı. Bununla da kollektiv Qərbi bizim üstümüzə gətirmək istəyirlər. Paşinyan çox cəsarətsiz adamdır. Mən hər zaman söyləyirəm, Paşinyan bilə-bilə ki, devriləcək, heç olmasa xalqı üçün sülh sazişinə imza atıb, onu türklərlə əbədi münaqişədən çıxara bilərdi,amma bunu etmir..
- Amma imza atsa da, Ermənistanın Konstitusiyası müsbət sonluğa imkan verməyəcək...
- Yox, imza atsa, konstitusiyanı sonra da dəyişə bilər. Amma onda o cəsarət yoxdur,həm də soydaşları kimi bizə nifrət edən ermənidir. Bizim ən azı 4 anklav olmayan kənd dərhal qaytarılmalıdır, Naxçıvana maneəsiz gediş-gəlişə imkan verilməlidir. Amma o da sələfləri kimi erməni xalqının yox, özünün havadarlarının maraqlarından çıxış edir. Ona görə də bizdən çox Ermənistana lazım olan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil.
- Qüdrət bəy, əgər ehtimallar doğrularsa, Ermənistan təxrübatçı hücumlara başlasa, o halda Azərbaycan ordusu haraya qədər irəliləməlidir?
- Mən Vətən müharibəsindən sonra əmin idim ki, Ermənistan öz öhdəliklərini yerinə yetirmək fikrindən çox uzaqdır. Hələ 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri başlamamışdan öncə deyirdim ki, Ermənistanın növbəti təxribatlarından birində - indi Azərbaycan hökuməti buna qərar verməlidir – Azərbaycan Zəngəzura nəzarəti öz əlinə almalıdır. Bundan sonra beynəlxalq birliyə deməliyik ki, Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri bizə lazım deyil, biz həmin ərazini 10 noyabr 2020-ci il üçtərəfli sazişə uyğun olaraq Rusiyanın nəzarətinə verməliyik. Özü də elə-belə yox, o təminatla ki, ruslar ordan bizim Naxçıvana maneəsiz gediş-gəlişimizi təmin edəcəklər. Bundan sonra bizim Silahlı Qüvvələr həmin ərazidən çıxmalıdır. Nərimanov o torpaqları Ermənistana verəndə düşünmürdü ki, nə vaxtsa bizim Naxçıvana gediş - gəlişimizə mənfur qonşularımız əngəl yaradacaq. Zəngəzur qədim, əzəli torpaqlarımız olsa da, bizi zamanında Ermənistanın xeyrinə ondan imtinaya məcbur ediblər..
- Sizcə, hazırda hansı addımlar atılmalıdır?
- Ermənistanla sərhəddə yerləşən Qazaxın 4 kəndi də azad olunmalı, bundan sonra da anklavlar problemini həll etmək üçün ərazi mübadiləsi məsələsi müzakirə mövzusu ola bilər. Xatırlayırsınızsa, 44 günlük savaşa qədər ,uzun illər boyu deyirdim ki, Qarabağ məsələsinin sülh yolu ilə ədalətli həlli yoxdur. Ona görə ki, ermənilər deyirlər eramızdan əvvəl, 2 min il bundan əvvəl 2-ci Tiqranın , “çarlar -çarı Böyük Tiqran” deyirlər, zamanı - Roma İmperiyasının şərq sərhədlərində dənizdən-dənizə böyük imperiyamız olub.Azərbaycan da bizim ərazimiz olub. Bundan sonra sən oturub bu xəstə millətlə nə danışasan və bununla hansısa razılığa gələsən, bu, mümkün olan məsələ deyil.
- Ağdama da “Tiqranakert” adı qoymuşdular...
- Hə, indi də demirlər ki, Azərbaycan Qarabağ qarışıq öz torpaqlarını işğaldan azad edib.Deyirlər, Azərbaycan erməni torpaqlarını işğal edib. Danışıqlar yolu ilə onların bizim kəndlərimizi boşaldacağını, Naxçıvana maneəsiz gediş-gəlişimizi təmin edəcəklərinə inanmıram, bu, mümkün olmayan bir şeydir. Ona görə də hesab edirəm ki, onlar onsuz da revanşist müharibəyə başlayacaq.Ona görə Azərbaycan növbəti təxribatların birində,elə ilk əlverişli şəraitdə “Dəmir yumruğ”u Ermənistandakı revanşist qüvvələrin təpəsinə endirməlidir.
Yeri gəlmişkən, onu da qeyd edim ki, biz bağlı qapılar arxasında aparılan danışıqlardan məlumatsızıq, bu məlumatları geniş ictimaiyyətə açıqlamaq da olmaz. Biz regionda, dünyada baş verən proseslərin bəzən üzdə olanlarını görürük. Amma alt qatda baş verənlərdən xəbərsizik. Ona görə də Prezidentə güvənmək, onu bu məsələdə sona qədər dəstəkləmək gərəkdir. 44 günlük savaşa qədər insanlarda çox böyük ümidsizlik yarananda mən həmişə deyirdim ki, Prezidentə inanmaq lazımdır, əlverişli məqamda o lazım olan qərarı verəcək. İndi çox yazırlar ki, sülhməramlılar niyə getmir? 44 günlük müharibədəki qələbəmizdən sonra mən deyirdim ki, bu qələbə yalnız Silahlı Qüvvələrinimizin şücaəti hesabına başa gəlməyib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qələbənin əsası danışıqlarda qoyulub. O zaman əminliklə deyirdim ki, biz Rusiya ilə, Türkiyə ilə, böyük dövlətlərlə 44 günlük savaşa qədər böyük iş aparmışıq.Bizim hansısa razılaşmalarımız olubsa, torpaqlarımızı azad etmişiksə, onlardan imtina edə bilmərik. Ona görə deyirəm, Prezidentə güvənmək lazımdır və onun qəbul edəcəyi qərarlara hörmətlə yanaşmaq lazımdır. Biz bu qədər möhtəşəm uğura nəyinsə qarşılığında nail olmuşuqsa və öz tərəfimizdən hansısa addımlar atmalıyıqsa, xalq gərək bunu anlayışla qəbul etsin. Ən önəmli olan nə idi: torpaqlarımızın işğaldan azad olunması. Qalanları təfərrüatlardır, onlar zamanla dəyişəcək.
20 sentyabr həm gələcək uğurlarımızın əsasını qoyan 1994-cü il “Əsrin müqaviləsi”nə görə, həm də 20 sentyabr 2023-cü ildə Qarabağ üzərində dövlət suverenliyinin bərpası, erməni seperatizminə son qoyulamsı ilə əlaqədar olaraq bayram günlərinə daxil edilməli, “Uğur günü” kimi qeyd olunmalıdır. Zaman keçdikcə xalqımız bu iki əlamətdar gündə nə qədər böyük uğura imza atmağımızın daha çox fərqində olacaq. Hesab edirəm Ermənistanla bağlı bütün mübahisəli məsələləri başa çatdırmalıyıq. Ermənistana müharibəyə hazırlaşmaq və özü üçün əlverişli məqamda müharibəyə başlamaq şansı verməməliyik. Ermənistan Rusiyanın Ukraynada məğlubiyyətinə töhfə vermək, Qərbi bölgəyə gətirmək üçün müharibəyə başlaya bilər...Hesab edirlər ki, Rusiya çökərsə ölkədə qərbyönümlü hakimiyyət formalaşacaq. Daha sonra da Qərb və erməni diasporu Rusiyadakı qərbyönümlü hakimiyyətə Birinci Qarabağ müharibəsində olduğu kimi, Ermənistanın yanında olmağı diktə edəcək. Bundan sonra da Ermənistan yenidən birinci Qarabağ savaşında olduğu kimi bizim torpaqlarımızı Qərbin və Rusiyanın dəstəyi ilə ələ keçirəcək.
- Qərbin Azərbaycana münasibəti barədə nə demək olar?
- Mən həmişə deyirəm ki, biz Qərbin dövlət idarəetməsi ilə bağlı təcrübəsini mənimsəməliyik. Ona görə ki, o idarəetmə Qərbdə iqtisadiyyatın inkişafına imkan verir, insanların sosial rifahını ,qanunun aliliyini təmin edir. Amma Qərb bir xristian dünyasıdır, orada islamafobiya var. Gördünüz, Birinci Qarabağ müharibəsi zamanı 1 milyon soydaşımız ev-eşiyindən qovuldu, şəhərlərimiz,kəndlərimiz yer üzündən silindi, Xocalı soyqırımı törədildi. Onlar Ermənistanı işğalçı dövlət kimi tanıdılarmı? Yox. Onlar Xocalı qətliamını soyqırımı kimi tanıdılarmı? Yox. 1 milyon qaçqın və köçkünümüzlə bağlı bizə ciddi dəstək verdilərmi? Yox. Amma seperatçılara yardım etdilər.Görürsünüz, özlərinin iddia etdiyi 100 min erməni Qarabağdan könüllü köçüb ki, Azərbaycan dövlətinin suverenliyi altında yaşamaq istəmirik,amma buna baxmayaraq bizi necə hədələyirlər,etnik təmizləmədə ittiham edirlər. Bu gün Türkiyənin Azərbaycana dəstəyi daha çox Ərdoğana bağlı məsələdir, ona görə onun devrilməsi üçün Qərb hansı oyunlardan çıxmadı. Onlar Birinci Qarabağ müharibəsi dönəmindəki Türkiyəni arzulayırlar. Çünki o zaman Ankaraya deyəcəklər ki, Azərbaycana “Akıncı” nədir, heç bir dənə patron da vermə, o da verməyəcək. Hazırda ələ alıb bəslədikləri satqın soydaşlarımız vasitəsilə bizi təcavüzkar dövlət kimi qələmə verməyə çalışırlar. Fərqli düşünənləri mənəvi terrora məruz qoyurlar. Hökumətin Qərbdən maliyyələşən və yönləndirilən şəxslərə qarşı sərt münasibəti də burdan qaynaqlanır. Mövcud reallıqdan çıxış edərək deyə bilərəm ki,biz təhlükəsizliyimizi, bir hissəsi olduğumuz türk və islam dünyası və qonşularımızla yaxından əməkdaşlıq etməklə təmin etməliyik.Qərbin bizə münasibəti dəyişəcəksə onlarla həmişə dostluq etməyə hazır olmalıyıq.Müttəfiqlərimizlə Ermənistanı sülhə və öz öhdəliklərini yerinə yetirməyə məcbur etməliyik. Hazırda Qərbdən ədalət gözləməyə dəyməz.
Tehsil-press.az