Kamran Əliyev Tərtərdə qəbul keçirəcək

Kamran Əliyev Tərtərdə qəbul keçirəcək Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Kamran Əliyev mayın 3-ü Tərtərdə vətəndaşları qəbul edəcək.

Saat 10:00-da Tərtər Rayon Prokurorluğunun binasında keçiriləcək qəbulda bu rayonla yanaşı Ağdam, Bərdə, Goranboy və Xocalı sakinləri də iştirak edə bilər.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər