Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA

Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA Elm və texnikanın surətlə inkişaf etdiyi bir dövrdə, demək olar, hər gün hansısa bir kəşf, yaxud ixtira haqqında informasiya alırıq. Bu kəşf və ixtiralar insan həyatının asanlaşmasına xidmət edir. Bir sıra ekspertlərin fikirlərinə görə bəşəriyyət üçün yenilik etməyən, insan həyatını asanlaşdıran kəşf və ya ixtirası olmayan şəxslər alim hesab olunmamalıdırlar.

Maraqlıdır, Azərbaycanda nə qədər alim var və neçəsinin kəşf və ya ixtirası mövcuddur?

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından (AAK) cavab olaraq bildirilib ki, AAK tərəfindən 23.04.1992-26.04.2024-cü illər aralığında 1766 şəxsə professor elmi adı verilib.

Bu isə o deməkdir ki, son 32 ildə, hər il təqribən 55 nəfər professor elmi adını alıb.

Maraqlıdır, bəs bu qədər alimlərimiz varkən, Azərbaycanda niyə yeni kəşf və ya ixtiralar olmur?

Millət vəkili Fazil Mustafa bildirib ki, həqiqətən də, dissertasiyaların yazılması, elmi adların verilməsi məsələsində böyük problemlər var:

“Professor elmi adı alanların böyük əksəriyyəti kəşf və ixtira səviyyəsində imkana sahib deyil. Kəşflər daha çox texniki elmlərdə özünü göstərməlidir. Təəssüf ki, bu sahədə xeyli zəifliyimiz var. İnanmıram ki, beynəlxalq standartlarda hansısa qonşu ölkələrlə müqayisədə uğurlu bir statistikaya sahib olaq. Hər halda elm və texnika bizdə ən batmış və problemli sahələrdən biridir. Buranın canlanması üçün hələlik effektli addımları ata bilmirik. Bu da gələcəyimiz üçün problem yaradır”.

Tehsil-press.az

Oxşar xəbərlər