AzMİU-da elmi jurnalların inkişaf dinamikasının problemləri ilə bağlı məruzə dinlənilib

AzMİU-da elmi jurnalların inkişaf dinamikasının problemləri ilə bağlı məruzə dinlənilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə akademik heyət üçün ölkəmizdə elmi jurnalların inkişaf dinamikasının problemləri ilə bağlı maarifləndirici seminar keçirilib.
Elm və texnika işləri üzrə prorektor, professor Arif Şərifov son illər universitetin professor-müəllim heyətinin beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayında böyük artım olduğunu deyib. O, bunu müsbət hal kimi dəyərləndirib, müzakirə ediləcək mövzunun alim və gənc tədqiqatçılar üçün əhəmiyyətli olacağını söyləyib.
Seminarda Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevin “Azərbaycanda elmi jurnalların inkişaf dinamikasının problemləri” mövzusunda məruzəsi dinlənilib. O, Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiyası, bu sahədəki problemlər və onların həlli məsələləri ətrafında fikirlərini bölüşüb. Akademik Azərbaycanda elmi jurnalların “Clarivate Analytics” elmi bazasının genişlənmiş siyahısına daxil olması yollarından danışıb və sualları cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər