TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Nigar Rüstəmli Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinə rəhbər təyin edilib.
Bu barədə Nigar Rüstəmli özünün "Facebook" hesabında məlumat verib. O, paylaşımında qeyd edib:
"Qısa müddət ərzində səhiyyəmizdə fərq yaratmış, yeniliklərə imza atmış bir qurumda əmək fəaliyyətinə başlamağımın qürurunu sizlərlə paylaşıram. İllərdir dövlət-özəl tərəfdaşlığı, korporativ sosial məsuliyyət yönümlü həyata keçirtdiyim yüzlərlə layihələrin, idarəetmədə qazandığım təcrübənin, daha böyük miqyasda töhfə, daha çox vətəndaşımıza müsbət toxunuş edə biləcəyinin həyəcanı var. TƏBİB-in prioritet istiqamətlərindən olan, səhiyyəmizin beynəlxalq arenada tanınması üçün yolumuz uzun, enerjimiz yüksək, hədəfimiz böyükdür".
Tehsil-press.az