Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya: Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.

Açıqlamada Rusiyanın operativ-taktiki aviasiya bölmələri, raket və artilleriya bölmələrinin Ukraynada 2 pilotsuz uçuş aparatı (PUA) istehsalı müəssisəsini məhv etdiyi, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısının vurulduğu bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər