Azərbaycanda dərslər sentyabrın 1-dən BAŞLAYACAQ? - AÇIQLAMA

Azərbaycanda dərslər sentyabrın 1-dən BAŞLAYACAQ? - AÇIQLAMA Bir çox valideynin, şagird və tələbələrinin narazılıq etdiyi məsələ dərs ilinin iyunun 14-ə qədər davam etməsidir. İyun ayında havalar çox isti keçdiyindən şagirdlərin dərs davamiyyətində problemlər yaranır. O cümlədən şagirdlərin bir çoxu bu müddət ərzində dərslərdə belə iştirak etmirlər. Bu gün Azərbaycanda mövcud tədris sistemi ən çətin model olaraq qiymətləndirilir. Dərsliklər sadələşdirilməli və şagirdlərə müvafiq imkanlar yaradılmalıdır. Bu baxımdan ilk olaraq tədris müddəti ilə bağlı narazılıqlar aradan qaldırılmalıdır. Bu baxımdan Azərbaycanda tədris ili senytabrın 1-dən başlayıb mayın 31-də bitə bilər?

Mövzu ilə bağlı danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, ölkədə tədris ilinin müddəti 34 həftədir. Dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də bitir. Son 10 ildə tədris ilinin müddətinə bir neçə dəfə dəyişiklik edilir:

"İlk dəfə 2004-cü ildə prezidentin müvafiq sərəncamı ilə dərslər sentyabrın 1-dən yox 15-dən başladı və mayın 31-də də bitirdi. Digər tərəfdən 30 oktyabr 2014-cü il tarixində Nazirlər Kabinetinin 362 saylı qərarı ilə tədris ilinin müddətinin uzadılmasına qərar verildi. Tədris ili mayın 31-i yox iyunun 14-ü bitməyən başladı. Belə ki, tədris ili 34 həftəyə qaldırıldı. Amma bu qərar 2015-2016-cı il tədris ilindən tətbiq olunmağa başladı. Həmin vaxtlardan hər tədris ilinin başa çatma ərəfəsində və yeni tədris ilinin başlanması zamanı tədris verənlər, şagirdlər və valideynlər tərəfindən təkliflər gəlir ki, tədrisin iyunun 1-dən 14-ə qədər olan müddətdə ölkənin müəyyən regionlarında, xüsusilə Aran bölgələrdə isti olduğundan tədrisi təşkil etmək olmur".

Ekspertin sözlərinə görə, məktəblərimizdə havalandırma sistemi qurulmadığına görə tədrisin təşkilində müəyyən çətinliklər var:

"Əsas təklif bundan ibarətdir ki, tədris ili sentyabrın 1-də başlayıb 31-də bitsin. Düşünürəm ki, bu da kifayət qədər əsaslıdır. Bizim təkliflərimiz ondan ibarətdir ki, tədris ilinin müddətində və gedişində müəyyən dəyişikliklər etmək lazımdır. Tədris ilinin sentyabrın 1-də başlayıb, mayın 31-ə qədər aktivlik hissəsi təmin olunmalıdır. İyun 1-14-ə qədər olan müddətdə isə BSQ və yekun qiymətləndirilmənin keçirilməsi daha doğru olardı. İyun 1-14-ə qədər olan müddətdə aktiv dərslər keçilməsin. Bu təklifimiz qəbul edilərsə, müvafiq sahədə olan narazılıqlar aradan qalxmış olar".

Tehsil-press.az

Oxşar xəbərlər