Şoyquya daha iki vəzifə verildi - Peskov AÇIQLADI

Şoyquya daha iki vəzifə verildi - Peskov AÇIQLADI Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilən Sergey Şoyqu eyni zamanda Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə rəhbərlik edəcək.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Şoyqu içəridən yaxşı tanıdığı bir sahədə işləməyə davam edəcək", - Kremlin sözçüsü bildirib.

Peskovun sözlərinə görə, Şoyqu əvvəlki iş yerindən olan həmkarları ilə birlikdə hərbi-sənaye kompleksi üzrə komissiyaya nəzarət edəcək. O, müdafiə sənayesi komissiyasında sədr müavini olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər