Nikol Paşinyan 14 mayda Ermənistanı tərk edib.
Bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Belə ki, erməni baş nazir mayın 15-də keçiriləcək “Kopenhagen Demokratiya Sammiti”ndə iştirak etmək üçün Danimarkaya işgüzar səfərə yola düşüb.
Sammit çərçivəsində Nikol Paşinyan “Cəbhədən: Ermənistanın demokratiyanı müdafiəsi” mövzusunda müzakirədə iştirak edəcək.
Səfər çərçivəsində onun Danimarkanın ali rəhbərliyi, həmçinin sammitin təsisçisi və beynəlxalq siyasi konsaltinq təşkilatı olan "Rasmussen Global"ın təsisçisi Anders Foq Rasmussen ilə görüşləri də nəzərdə tutulub.
Paşinyanın bu səfəri onu göstərir ki, Nikol İrəvanda davam edən etiraz aksiyalarından narahat deyil.
Tehsil-press.az