MİQ imtahanlarına sənəd verənlər “ASAN Login”i belə əldə etsinlər

MİQ imtahanlarına sənəd verənlər “ASAN Login”i belə əldə etsinlər Xəbər verdiyimiz kimi, sabahdan dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlanır.
Müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu üzrə müsabiqəyə hazırlaşanları bəzi vacib məqamlara diqqət yetirməyə çağırıb.

MİQ imtahanları üçün qeydiyyatdan keçmək istəyən namizədlər aşağıdakılara diqqət yetirməlidirlər:

- Əvvəlki illərdə yaradılmış şəxsi səhifə deaktiv olunub. Müsabiqədə iştirak etmək üçün yenidən www.miq.edu.az saytından qeydiyyatdan keçmək lazımdır;

- Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron sənəq qəbulu üçün elan edilən vaxtda “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər;

- Qeydiyyat zamanı aktiv əlaqə nömrəsi və elektron poçt ünvanını qeyd etməyiniz, həmçinin şəxsi kabinetə təyin etdiyiniz şifrəni unutmamaq tövsiyə olunur;

- Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər;

- Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan (cari tədris ili üzrə təhsilini tamamlamış) sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nömrəsi” bölməsinə “Arayış” sözü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaq.

Bəs namizədlər “ASAN Login”i necə əldə etməlidirlər?

İnsan Resursları Mərkəzi namizədləri “ASAN Login” əldə etməyin yolunu maarifləndirmə videosunda izah edib.

Qeyd edək ki, aşağıdakı link vasitəsilə “ASAN Login” sisteminə aid təlimat mətni ilə də tanış ola bilərsiniz:

//digital.login.gov.az/.../ASAN-Login-Video...

Tehsil-press.az

Oxşar xəbərlər