Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib.
Liseyə qəbul olmaq üçün 1918 nəfər müraciət edib. Onlardan 1338 nəfəri Azərbaycan, 580 nəfəri rus bölməsi üzrədir.
2023/2024-cü tədris ilində BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin qəbul planı Azərbaycan bölməsi üzrə 75, rus bölməsi üzrə 25 nəfər təşkil edir.
İmtahan prosesi mütəşəkkil qaydada keçirilib, şagirdlərin öz bilik və bacarıqlarını göstərə bilmələri üçün bütün şərait yaradılıb. İmtahanın nəticələrinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Tehsil-press.az