Bu gün universitetdə “19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə tədbir keçirilib.
Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səslənib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiterinin rektoru, dosent Anar Kazımov bu günü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından danışan Anar Kazımov deyib ki, dünyada çox az sayda dövlətin, o cümlədən Azərbaycan və Türkiyənin ümummilli lideri var. Bir millət olaraq iki böyük dövlət xadimi və xilaskarla hər zaman fəxr edəcəyik.
Türkiyənin Naxçıvandakı baş konsulluğu Asip Kaya Türkiyənin milli azadlıq mücadiləsindən danışıb. Baş konsul deyib ki, 19 May Atatürkü Anma, Gənclik və İdman bayramı hər iki ölkənin bayramıdır: "Bizlərlə bərabər olan bütün azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm. Ümumi Lider Heydər Əliyevin dediyi kimi, bir millət iki dövlət olaraq bu gözəl gündə birləşdik".
Tədbirdə çıxış edən qonaqlar Atatürkün və Heydər Əliyev ideyalarının əhəmiyyətindən, xalqlarımızın mehriban qardaşlıq münasibətlərindən söhbət açıb, türk dünyasının dahi öndərləri Atatürk və Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinin zəruriliyini vurğulayıblar.
Sonra maraqlı konsert proqramı təqdim edilib. Konsertdə “Naxçıvan” Universitetinin tələbələri ilə universitetdə təhsil alan türk tələbələri birgə milli geyimlərdə rəqslər edib, müxtəlif şeir və musiqi nömrələri səsləndiriblər.
Tehsil-press.az