“Biz birlikdəyik: Azərbaycan-Türkiyə!” - türkiyəli tələbələrin konsert proqramı

“Biz birlikdəyik: Azərbaycan-Türkiyə!” - türkiyəli tələbələrin konsert proqramı Bakı Dövlət Universitetinin (BDU) türkiyəli tələbələrinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Biz birlikdəyik: Azərbaycan-Türkiyə!" adlı konserti keçirilib.
Əvvəlcə BDU-nun türkiyəli tələbələrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib,
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Türkiyə və Azərbaycanın tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, 2023-cü il Azərbaycan və Türkiyə üçün çox əlamətdardır. Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi böyük sevgi və ehtiramla qeyd edilir. Qardaş Türkiyə Cümhuriyyəti də qurulmasının 100-cü ildönümünü qeyd edir. Azərbaycan və Türkiyə arasında bu qardaşlıq, dostluq əbədi və sarsılmazdır.
BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri Şükür Yusifov, Beynəlxalq ümumi hüquq kafedrasından Şəhriyar Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Hacıbaba Mustafayev, Türk Tələbələr Cəmiyyətinin sədri Muhammed Nazım Köylü çıxışlarında Azərbaycan-Türkiyə qardaşlığından, xalqlarımızın ortaq tarixə, dilə, maraqlara malik olmasından, Ulu Öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan danışıblar.
Sonra türkiyəli tələbələr Ümummilli Lider Heydər Əliyevə, Azərbaycana həsr olunmuş şeirlər deyib, mahnılar oxuyublar.
BDU THİK tərəfindən türkiyəli tələbələrə sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər