Xəbər verdiyimiz kimi, dünən - mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Azərtac Prezident Seyid İbrahim Rəisinin çıxışını təqdim edir:
"- Allahın adı ilə.
Yerləri və aləmi yaradan Allaha şükür olsun. İmam Rza əleyhissalamın mövludu münasibətilə sizi təbrik edirəm. Əziz İran və Azərbaycan xalqlarına salamlarımı çatdırıram və hörmətimi bildirirəm. Ümid edirəm ki, İmam Rzanın mərhəmətindən və lütfündən yararlanarıq.
Çox mübarək bir gündür, çox bərəkətli günlərdir. “Xudafərin” və “Qız Qalası” bəndlərinin açılış mərasimidir. Çox önəmli və çox mübarək gündür. Azərbaycanda və İranda yaşayan əziz və dəyərli xalqlarımız üçün bu, çox yaddaqalan və tarixi bir gündür, xüsusilə də Şərqi Azərbaycan əyalətində, Ərdəbildə, Təbrizdə və sərhədyanı bölgələrdə yaşayan xalqlarımız üçün. Ümid edirəm ki, vətəndaşlarımız bu layihədən yararlanacaqlar.
Araz çayı hər zaman İran və Azərbaycan arasında, xalqlarımız arasında bir bağ olmuşdur. Xüsusilə də Şərqi Azərbaycan əyaləti, Azərbaycan və Ərdəbil arasında hər zaman bir bağ olmuşdur. Bu bağ 50 il əvvəl iki ölkə və iki xalq arasındakı əməkdaşlığın nəticəsində yaranmışdır və bu günə qədər də davam edir. İki milyard kubmetrə yaxın su tutumu olan “Xudafərin” bəndi fəaliyyətə başlayır və bundan hamımız yararlanacağıq. Eyni zamanda, vətəndaşlar üçün 40 mindən çox iş yeri yaradılır. Həmçinin əkin sahələri üçün və içməli su mənbəyidir. Bu, təbii ki, bölgədəki inkişafın bir simvoludur. Bu layihə, eyni zamanda, regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisidir. Bu layihə çox böyük önəm kəsb edir və təbii ki, iki ölkənin xalqları arasında çox böyük ümid, eyni zamanda, düşmənlər üçün isə qısqanclıq yaradır.
Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir. Təbii ki, bu əlaqə bizim ölkələrin tarixə dayanan əlaqəsi olaraq xalqlarımızı bir-birinə birləşdirir. Bu əlaqə qəlblərdədir, qəlblərdən gəlir və sarsılmazdır. İki ölkə arasındakı əlaqə heç nədən asılı olmayaraq xələl görməyəcək və sarsılmayacaq. Bu əlaqələr gündən-günə daha da artacaq və daha da möhkəmlənəcək.
Azərbaycan Respublikasının cənab Prezidenti ilə görüşümdə bildirmişdim ki, regionda digər təmaslar çərçivəsində, bizim ikitərəfli görüşlərimizdə hər zaman iqtisadi-ticari və siyasi-mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışıq. Xüsusilə də təhlükəsizlik və müdafiə sahəsində də iki ölkə arasında əlaqələr artırılmalıdır. Bizim siyasi iradəmiz də bu yöndədir ki, əlaqələr daha da çoxalsın. Şükürlər olsun ki, iki ölkə arasında əlaqələrdə çox böyük potensial mövcuddur. İran İslam Respublikasının siyasi iradəsi, eyni zamanda, Ali Dini Rəhbərin iradəsi nəticəsində əlaqələrdə inkişaf çox olub. Təbii ki, bizə qoyulan sanksiyalar nəticəsində inkişafımızı ləngitməyə çalışdılar, amma bacarmadılar. Biz gənclərimizin sayəsində, onların elm və texnologiya sahəsində gördükləri işlər nəticəsində böyük inkişafa nail olmuşuq. Bildiyimiz kimi, bizim İran xalqı elm və texnologiya sahəsində çox güclü inkişaf etmiş ölkə yaratmışdır. Bununla bağlı mən cənab Prezident İlham Əliyevə bildirdim ki, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bizim əlaqələrimiz bütün sahələrdə ən yüksək səviyyədə olmalıdır.
Bu bənd İran İslam Respublikasının mühəndislik sahəsindəki bacarığını göstərir. Bu, əslində bizim mühəndislərin bacarıqları, eyni zamanda, İran İslam Respublikasının sahib olduğu texnologiyanın daha bir göstəricisidir.
Təbii ki, bizim mühəndislərin çalışqanlığı və savadı nəticəsində bu, İranı bəndlərin tikintisi sahəsində dünyanın ən əsas dörd ölkəsindən birinə çevirmişdir. Bu, həmçinin İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla həmin sahədə və digər sahələrdə əlaqələrinin inkişafına səbəb olur, eyni zamanda, Qarabağda əməkdaşlıqla bağlı önəmlidir.
Fürsətdən istifadə edərək azərbaycanlı dostlarımızı da təbrik edirik ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmişlər. Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Kəlalə-Ağbənd bölgəsində 140 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolunun üzərində tikilən körpülər də strateji layihələrdir. Bu layihəni biz çox sürətlə davam etdiririk. Buraya gələrkən mən oraya baş çəkdim. Orada altı istiqamətdə işlər çox intensiv şəkildə davam etdirilir. Mən əməkdaşlarıma və şəhərsalma nazirinə də təkidlə tapşırdım ki, biz bu layihəni vaxtından əvvəl - 36 aydan da tez bitirib istismara verməliyik. Çünki bu, iki ölkə arasındakı əlaqələrdə çox önəmli bir dəhlizdir.
Düşünürük ki, bu, bizim üçün çox önəmlidir. Biz təkcə iki ölkə arasındakı əlaqələrin inkişaf etməsini deyil, eyni zamanda, bölgədə və bölgəmizdən kənarda, beynəlxalq qurumlarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında əməkdaşlığımızın daha da güclənməsini istəyirik. Təbii ki, biz çox istərdik, beynəlxalq təşkilatlarda əməkdaşlığı dərinləşdirək və bəzi xüsusi məsələlərdə, - buraya Fələstin məsələsi də daxildir, - həmrəylik göstərək. Biz Azərbaycan və İran xalqlarının Fələstin xalqını və Qəzza əhalisini daim dəstəkləməkdə tərəddüd etmir, sionist rejimə nifrət bəslədiklərinə şübhə etmirik. Əminik ki, İslam ölkələri arasında, İslam dünyasındakı problemlərin həlli yolunda əməkdaşlıq şübhəsiz çox böyük önəm kəsb edir. İki ölkə arasındakı əlaqələr regional əməkdaşlığa çevrilməli və təbii ki, beynəlxalq təşkilatlarda da davam etdirilməlidir.
Mən son olaraq bildirmək istəyirəm ki, ola bilər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Amma əsas olan bizim maraqlarımızdır və iki ölkə arasındakı əlaqələr bizim üçün çox önəmlidir. Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr ölkələrimizin xalqlarının mənafeyinə xidmət etməlidir. Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır. Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəmirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır. İki ölkə arasındakı sərhəddə təhlükəsizliyə təhdid yaradan hər hansı məsələ bizim üçün də təhlükə yarada bilər. Biz çalışırıq ki, sərhədləri ümid sərhədinə çevirək. Çalışırıq ki, sərhədlər bizim üçün narahatlıq yaratmasın. Sərhəd bizim üçün fürsət və ümid yaratmalıdır. Biz çalışırıq ki, sərhədləri fürsətə çevirək. Xüsusilə də sərhədyanı bölgələrin vətəndaşları üçün iqtisadiyyat və ticarət sahələrində inkişaf baxımından ümidə çevirmək istəyirik.
Allahın izni ilə, İmam Rza xatirinə, biz bu gün iki böyük bəndin – “Xudafərin” və “Qız Qalası” bəndlərinin istismarı üçün buraya toplaşmışıq. Düşünürəm ki, Allah bizə kömək edər və vətəndaşlarımız bundan yararlanar, eyni zamanda, əməkdaşlığımız və dostluğumuz bundan sonra daha da güclənər.
Cənab Əliyev ilə bu görüş iki ölkə arasında sıfır nöqtəsində - sərhəddə keçirilir. Burada hörmətli nazirlərimiz, İran İslam Respublikasının ali dini rəhbərinin nümayəndəsi, həmçinin sərhədyanı rayonların valiləri də iştirak edirlər. Bu gün onlara səmimi-qəlbdən təşəkkür edirəm. Bu layihəni gerçəkləşdirdiklərinə və bugünkü tədbiri təşkil etdiklərinə görə onlara təşəkkür etmək istəyirəm. Çox sağ olun."
Tehsil-press.az