Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ədalətli baxılması üçün müvafiq tədbirlər görülür.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi önünə gül dəstəsi qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Lənkəran Ağır Cinayətlər və Rayon məhkəmələrinin inzibati binalarına baxaraq, hakimlərin fəaliyyəti və iş şəraiti ilə taniş olub.
Lənkəran Ağır Cinayətlər və Cəlilabad Hərbi məhkəmələri, Lənkəran, Cəlilabad, Astara, Masallı Rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə məhkəmə fəaliyyətinin dövlətimizin başçısının tövsiyələrinə uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərə toxunulub, Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin məhkəmə qərarlarının ədalətliliyinin və vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

Aİİ-nin Mətbuat Xidməti