Martın 6-da təhsil naziri Mikayıl Cabbarov Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, tələbə köçürülməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
***
Təhsil naziri Qəbələ Peşə Məktəbinin yeni tikilən tədris binası ilə tanış olub.
Açılışı bu ilin ilk yarısında planlaşdırılan yeni peşə məktəbi kənd təsərrüfatı üzrə ixtisaslı kadr və mütəxəssislər hazırlayacaq. Peşə məktəbində tədris olunacaq proqramların məzmunu BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilmiş “Heyvandarlıq mütəxəssisi” ixtisası və BP tərəfindən həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni ixtisasların hazırlanması" layihələrinə uyğun formalaşacaqdır.
Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti