Azərbaycanlı tələbə Rəisiyə görə universitetdən qovuldu

Azərbaycanlı tələbə Rəisiyə görə universitetdən qovuldu Təbrizin Tibb Elmləri Universitetinin xanım tələbəsi Sədəf Heydəri heç bir hökm göstərilmədən təhsil müəssisəsindən qovulub.

Bu barədə onun yaxınları məlumat yayıb.

Məmurlar Heydərinin Təbriz Universitetinin yataqxanasındakı otağına hücum edib, axtarış aparıb və ona məxsus bir sıra əşyaları müsadirə edərək, tələbəni oradan çıxarıblar.

Məlumata görə, onun təhsilinə qadağa qoyulub.

Məmurlar və universitet rəhbərliyi Sədəf Heydərinin universitetdən və yataqxanadan qovulması səbəbləri ilə bağlı məlumat verməyiblər.

Azərbaycanlı tələbənin yaxınları ilə onun İbrahim Rəisinin ölümü ilə bağlı paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Tehsil-press.az

Oxşar xəbərlər