ŞOK - Lənkəranski Vatikanda GÖRÜLDÜ

ŞOK - Lənkəranski Vatikanda GÖRÜLDÜ Avqustun 18-də Türkiyədə qətlə yetirilən məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski ilə bağlı qalmaqallı, bəzən isə rəsmi təsdiqini tapmayan xəbərlər dolaşmaqda davam edir.

Onun sağ olduğu, oxşarının öldürüldüyü, hətta dəfnində belə "özünün" iştirak etdiyi ilə bağlı ittihamlar səsləndirilib. Avrasiya.net bu dəfə sosial şəbəkədə R.Lənkəranskinin Vatikanda olduğu ilə bağlı yayılan xəbərə diqqət çəkib. Xəbərdə bildirilir ki, sentyabrın 12-də Rusiya məxfi əməliyyat qrupunun verdiyi məlumata görə, Canıyev Vatikandadır.
Məlumat Azərbaycan və Türkiyə tərəfindən təsdiqlənməyib. Amma Rusiya xüsusi xidmət orqanının rəhbərliyi tapşırıq verib ki, Canıyev aşkarlansın. Bu xəbəri İtaliya tərəfi ictimailəşdirib. O da bildirilir ki, İtaliyada Rusiya MTN-nin 48 əməkdaşı tutulub və onların burada nə axtardığı araşdırılır.
İtaliya mətbuatının verdiyi məlumata görə, onlar azərbaycanlı iş adamı Rövşən Canıyevi tapıblar. Amma ruslar İtaliyaya bu məsələ ilə bağlı heç bir məlumat verməyiblər. Rusiya isə bu məlumatı təkzib edir.

Tehsil-press.az

Oxşar xəbərlər