General-mayor ehtiyata buraxıldı - Yenilənib

General-mayor ehtiyata buraxıldı - Yenilənib Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.

Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrlə general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.

***

Müdafiə Nazirliyindən bildirilib ki, MN-in Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər