Nizam Osmanovla Elxan İbrahimov işdən çıxarılıb?

Nizam Osmanovla Elxan İbrahimov işdən çıxarılıb? Müdafiə Nazirliyinin iki yüksəkvəzifəli generalının vəzifədən azad edilməsi barədə məlumatlar yayılıb.
Bu barədə ilk olaraq Bizim.Media saytı yazıb. Bildirilib ki, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov və nazirliyin Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov tutduqları vəzifələrdən uzaqlaşdırılıb.
Nizam Osmanov manset.az saytına açıqlamasında yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edib. Mediada onun müdafiə naziri Zakir Həsənovun bacanağı olması barədə məlumatlar yayılıb.
General-leytenant Nizam Osmanov isə 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsinə gətirilib. O, daha əvvəl bir sıra rəhbər vəzifələri, eləcə də korpus komandiri postunu tutub.
Mövzu ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlamışıq.

Tehsil-press.az



Oxşar xəbərlər