Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü Noyabrın 14-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Caunşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.
General-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər