Azərbaycanda evdə partlayış - Yaralılar var

Azərbaycanda evdə partlayış - Yaralılar var Şəkidə fərdi yaşayış evində partlayış olub.

Hadisə rayonun Baş Göynük kəndi ərazisində baş verib.

Partlayış zamanı 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı xəsarət alıblar.

Onlar 2-ci dərəcəli texniki yanıq diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Tehsil-press.az

Oxşar xəbərlər