Dələduzlar Elşad Hacıyevi aldatmaq istədi

Dələduzlar Elşad Hacıyevi aldatmaq istədi Kiberdələduzlar Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyevi aldatmaq istəyib.

Bu barədə Elşad Hacıyev özü Feysbukda məlumat yayıb.

Onun sözlərinə görə, kiberdələduz israrla ondan guya ölən qohumundan miras qaldığını iddia edərək, şəxsi məlumatlarını ələ keçirmək istəyib.

DİN rəsmisi yazışmanın mətnini ictimailəşdirib.

Belə ki, guya Azara Yucil adlı xanım “İş Bankası”nda (ISBANKASI) Türkiyənin İstanbul şəhərində “bank meneceri” işləyir. İstanbulda qızıl alveri ilə məşğul olan Adrian Hacıyevin ölümündən sonra bankda 9.500.000.00 (doqquz milyon beş yüz) ABŞ dolları məbləğində 108 aylıq müddətli “əmanəti qalıb”. Bu əmanətin isə mərhumun qohumu Elşad Hacıyevə çatacağını, bunun üçün onun bank kartının nömrəsi lazım olduğunu qeyd edib.

Elşad Hacıyev bu cür dələduzluq faktları ilə qarşılaşan insanlara aldanmamaq üçün çağırış edib.

Tehsil-press.az

Oxşar xəbərlər