Bu məhsullar BAHALAŞDI - YENİ QİYMƏTLƏR

Bu məhsullar BAHALAŞDI - YENİ QİYMƏTLƏR Dünyada qida məhsullarında uzun müddət ucuzlaşma baş versə də son aylarda yenidən bahalaşma əlamətləri görünür.

Bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) növbəti ay üçün dünya ərzaq qiymətlərinə dair açıqladığı indeksdəki dəyişiklikdən görmək olar. May ayına aid olan göstəriciyə əsasən, qlobal ərzaq qiymətlərində artım baş verib.

Bununla da ardıcıl olaraq üç ay qlobal səviyyədə ərzaq qiymətlərində artım qeydə alınıb.

May ayında şəkər və bitki yağlarının ucuzlaşması müşahidə edilib. Amma buna baxmayaraq taxıl və süd məhsullarının qiymətlərinin artması nəticəsində dünya ərzaq məhsullarının qiymət səviyyəsi yüksəlib.

FAO-nun açıqladığı rəqəmlərə əsasən, mayda ərzaq qiymətlərinin səviyyəsi 0,9 faiz artaraq 120,4-ə çatıb. Ardıcıl üç ay ərzaq qiymətləri artsa da illik müqayisədə qiymət səviyyəsində azalma davam edib.

Rəqəmlərdən görünür ki, ötən ilin may ayı ilə müqayisədə bu ilin mayında ərzaq məhsulları 3,4 faiz azalıb. ( Sfera.az)

Tehsil-press.az

Oxşar xəbərlər