Danimarkada inflyasiya son qırx ilin maksimumuna çatıb

Danimarkada inflyasiya son qırx ilin maksimumuna çatıb Avqust ayında Danimarkada inflyasiya artmaqda davam edərək 8,9 faizə yüksəlib.
Danimarka statistika idarəsinin məlumatına görə, bu, 1983-cü ildən bəri ən yüksək göstəricidir.
Son aylar Danimarkada ərzaq, işıq və qazın qiymətində xeyli bahalaşma qeydə alınıb. 2021-ci ilin avqust ayı ilə müqayisədə ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 15,9 faiz artıb.
Analitiklərin sözlərinə görə, hazırda gələcək inkişafı proqnozlaşdırmaq xeyli çətinləşib və böyük ehtimalla qiymət artımı davam edəcək. Hazırda inflyasiyanın istiqamətini elektrik enerjisinin qiymətindəki sıçrayışlar müəyyənləşdirir.

Tehsil-press.az


Oxşar xəbərlər