Bakı şəhərində 9 ballıq zəlzələlərin olacağı AŞKARLANDI: Nardaran,Türkanda isə... - SEYSMOLOQ

Bakı şəhərində 9 ballıq zəlzələlərin olacağı AŞKARLANDI: Nardaran,Türkanda isə... - SEYSMOLOQ Bu il Azərbaycan üçün hiss olunan zəlzələlərin qaçılmaz olduğunu deyən Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev növbəti açıqlama verib.

O Referans.az-a açıqlamasında bildirib ki, Xəzər dənizi mürəkkəb, aktiv və tektonik bölgələrdən biridir. Xəzər dənizində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil:

"Hiss olunan zəlzələ deyəndə maqnitudasının 4.5 - 5.5 - ə qədər olacağını hesablayıram. Təhlillərimə əsasən belə proqnozlaşdırıram. Məlumata görə, Bakıda müasir binalar, yəni tikililər beynəlxalq standartlara uyğun tikilir. Bakı şəhəri üçün ən təhlükəli ərazi Xəzər dənizinin ətrafı (burada müxtəlif seysmik ocaqların toqquşma yeri var), şimaldan tutmuş orta Xəzər, cənubi Xəzər buraya aiddir. Şamaxı- İsmayıllı seysmoaktiv bölgəsi Bakı şəhəri və Abşeron yarımadası üçün təhlükə törədir".

Seysmoloq bildirir ki, Xəzər dənizinə yaxın olar ərazilərdə, Nardaran, Pirallahı, Türkanda və s. hesablamalarına görə munimum 4.5, maksimum 5.5 - 5.8 maqnitudalı zəlzələlər ola bilər. Buna baxmayaraq, dünyada olan dağıdıcı zəlzələlər prinsipcə Azərbaycanda ola bilməz:

"Çünki Azərbaycanda yerin daxilində olan tektonik blokların hərəkətləri aktiv ərazilər kimi, məsələn Yaponiya, Mərakeş, Yunasıstan, İtaliya Türkiyədəki kimi intensiv deyil. Məhz buna görə də dağıdıcı, katastrofik zəlzələlər Azərbaycan üçün intensiv deyil. Qırılmalara yaxın olan ərazilər, əhalinin sıxlığı, binaların yerləşməsi və tipi və s. bunlar hamısı özündə intensivliyi ehtiva edir. Zəlzələnin hiss olunma effekti intensivlikdir. Azərbaycanda 9-10 ballıq ərazilər var".

Qulam Babayev deyir ki, araşdırmaları zamanı Bakı şəhərində 9 ballıq ərazilərin olduğunu aşkarlayıb:

"Bura Xəzər dənizinin sahilyanı əraziləridir. Bunu da qeyd edim ki, zəlzələnin maqnutudası 5 bal, amma effekti 9 ballıq ola bilər".

Tehsil-press.az

Oxşar xəbərlər