"İsraildə də güclü zəlzələnin baş verməsi an məsələsidir..."-Yəhudi seysmoloq

Mütəxəssislər Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra baş verən yeraltı təkanları böyük təbii fəlakətin “müjdəçisi” hesab edirlər.
Fevralın əvvəlindən İsraildə artıq 6 zəlzələ qeydə alınıb, lakin xoşbəxtlikdən onların hamısı nisbətən zəif olub. Bununla belə, elm adamları xəbərdarlıq edir ki, belə sıx silsiləli yeraltı təkanlar gələn il ərzində baş verə biləcək yaxınlaşan güclü zəlzələnin xəbərçisi ola bilər.
Bu barədə yerli "Kanal 12" məlumat yayıb.
Belə ki, Təl-Əviv Universitetinin Geofizika kafedrasının seysmoloqu, doktor Assaf İnbal hesab edir ki, İsraildə güclü zəlzələnin baş verməsi an məsələsidir. Doktor İnbal qeyd edir ki, ölkədə təkanların tezliyi Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra kəskin şəkildə artıb və hələ də azalmır.
Bu bizə nə deyir? Dəqiq deyə bilmərəm, amma kiçik təkanlar ciddi zəlzələnin qarşısını ala bilməyəcək. Onlar ərazimizdəki geoloji qırılmalarda yığılan bütün gərginliyi “azaltmaq” üçün kifayət qədər enerji buraxmırlar”, - deyə professor bildirib.
Yəhudi seysmoloqun sözlərinə görə, son onilliklərdə İsraildə analoji silsilə zəlzələlər olmayıb. O vurğulayıb ki, Samariya kimi illərdir “yenidən aktivləşməyən” ərazilər indi yenidən titrəyir.
İsraildə 6 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin ölkənin şimalında və mərkəzində hiss olunduğu açıqlanıb.
Alim xəbərdarlıq edir ki, zəif zəlzələlər silsiləsi ilə gələcəkdə güclü zəlzələnin baş verməsi arasında əlaqə ola bilər. Onun sözlərinə görə, silsilə təkanların yaxınlaşan böyük zəlzələnin əlaməti ola bilməsi də mümkündür.
“Güclü zəlzələ yaşayacağımıza müəyyən bir ehtimal var. Ola bilsin ki, bu hadisələrin tempi səngisin və güclü zəlzələ bir il və ya daha uzaq müddətdə baş versin. Dəqiq proqnoz vermək mümkün deyil" -deyib seysmoloq.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, bitişik litosfer plitələrinin kifayət qədər enerji topladığı Ölü dəniz qırılması son dərəcə dağıdıcı zəlzələnin baş verəcəyi yerə çevrilə bilər...
Xatırladaq ki, Türkiyənin Xatay bölgəsindəki dəhşətli zəlzələnin ardınca fevralın 6-da İsraildə də 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ölkənin şimalında və mərkəzində hiss olunduğu açıqlanıb...
Allah bütün dünyamızı fəlakətlərdən qorusun!...

Tehsil-press.az



Oxşar xəbərlər