Ötən gün Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir. Bakı vaxtı ilə saat 07:13-də qeydə alınan yeraltı təkanların episentri Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib.
Ümumiyyətlə son günlər İran, İraq, Türkiyə kimi qonşu ölkələrdə zəlzələlərin mütəmadi olaraq baş verməsi istər-istəməz Azərbaycan əhalisini də narahat edir.
Əslində zəlzələnin öncədən proqnozunu vermək mümkün deyil. Bu, bütün dünyada belədir. Dəfələrlə qeyd edilməsinə baxmayaraq, qonşu ölkələrdə baş verən hadisələr narahatlığa səbəb olur.
Bu baxımdan zəlzələlərin Azərbaycan üçün ciddi təhlükə yaradabilmə ehtimalıdan danışa bilərikmi?
Ekoloq-seysmoloq Ənvər Əliyev Modern.az-a bildirib ki, zəlzələnin yerini, vaxtını heç kim bilmir:
“Zəlzələ yalnız ərazinin hansı zolaqda yerləşməsindən bilinir. Azərbaycanda isə dağıdıcı zəlzələlərin olma ehtimalı çox azdır. Çünki son dövrlərdə zəlzələ ocaqları yoxdur. Lakin bizim ölkə ərazisi seysmik qırışıqlığın üstündə yerləşir. Bu baxımdan hər şeyi qabaqcadan ölçüb-biçməliyik. Xüsusilə ictimai müəssisələrdən başlamış tədris müəssisələrinə qədər-bütün tikinti obyektləri məsələsində diqqətli olmalıyıq. Yəni hamısı tikilərkən güclü zəlzələ ehtimalları nəzərə alınmalıdır”.
Ə.Əliyev qeyd edib ki, əhalidə yaranan qorxu əslində savadsızlığın göstəricisidir:
“O ki, qaldı Cənubi ya Şimali Azərbaycanda zəlzələnin olacağı proqnozlarına, bunu heç kim deyə bilməz. Kimsə belə proqnoz verirsə, onun ağlına şübhə edirəm. Tutaq ki, elmi ehtimallara görə, 4 milyard ildən sonra Günəş sönəcək. Belə bir şeyin olacağına kim qaranti verə bilər ki? Sabah filan saatda zəlzələ olacağını demək ehtimal yox, elmi fırıldaqdır.
Qonşu ölkələrdə zəlzələ olduğu halda bunun Azərbaycana da təsiri olacağını düşünmək ən böyük savadsızlıq göstəricisidir. O adamlar zəlzələnin mahiyyətindən xəbərdar olmayanlardır. Zəlzələnin vaxtını Allahdan başqa heç kim bilməz. Bu işə baş vuranlar isə şeytandır, falçıdır. Digər tərəfdən bilirsiniz ki, mətbuat cəmiyyətin qan-damar sistemi kimidir. Bu baxımdan zəlzələ mövzusunda kifayət qədər həssas olmaq lazımdır”.
Tehsil-press.az