"Bakmil" metrostansiyasına hərəkət cədvəli yenilənir

Sabahdan "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

“Report”un səhmdar cəmiyyətinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.

Cədvəl metronun internet səhifəsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib.

Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər