Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR

Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.

Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər