Prezident əmək pensiyaları ilə bağlı qanunu TƏSDİQLƏDİ

Prezident əmək pensiyaları ilə bağlı qanunu TƏSDİQLƏDİ Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılıb. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər