Tanınmış aparıcıdan sürpriz qərar

Tanınmış aparıcıdan sürpriz qərar Aparıcı Pərvanə Tahirqızı “Elgizlə izlə” verilişinə qayıdıb.

O, bu gün canlı efirə çıxıb.
Tərəf müqabili E. Əkbər onunla bağlı “Biz düşünmürdük ki, o, Avropadan belə tez qayıdar. Ona görə onun yerinə bir qız tapdıq. Mən fikirləşirəm ki, istirahətə həmişə vaxt tapmaq olar. Amma bir işi gördünsə, gərək axıra qədər gedəsən. Pərvanənin qayıdışına çox sevindim” açıqlamasını verib.

Pərvanə isə “Çox uzun açıqlama verməyi sevmirəm. Əsas odur evimdəyəm, məkanımdayam və yerimdəyəm. Yaxşı, ya pis fərqi yoxdur. Yazan hər kəsə təşəkkür edirəm. Mən başqa bir məəslə üçün ayrılıb. Avropaya qısa səfər etdim. İndi burdayam”, - deyə, bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər