Xalq artisti Cavan Zeynallı dünyasını dəyişən həyat yoldaşı Röya Zeynalovadan danışıb ağlayıb.
"Günün sədası" verilişində qonaq olan caz ifaçısı xanımının 5 ay yataq xəstəsi olduğunu deyib:
"Onun haqda danışmaq mənim üçün çətindir. Röya 5 ay xəstəxanalar gəzdi. Mən də onunla qalırdım xəstəxanada. Həkimlər dedi ki, bir az keçsin, oturacaq. Nə gəzirdi, nə otururdu. 5 ay uzanıqlı qaldı. 3-cü ayda başqa xəstəxanaya apardım, dedilər ki, 3 ay keçəcək arabada çıxıb gəzə biləcək. Elə sevindim ki... Oldu, apardım gəzdirdim gətirdim. Sevindim ki, aylar sonra həyat gördü. Amma yenə də uzanırdı. Evə gəlmək istədi, gətirdik. Həkimlər evə gəlirdilər, müalicə, masaj edirdilər. Yemək yemirdi".
Aparıcı Nanə Ağamalıyeva bildirib ki, Röyanın dünyasını dəyişməsinə səbəb bədəninə ilbiz qoyulması olub:
"Röya xanım sağlam bir xanım idi. Bu, el arasında yayılan və bilinən üsuldur. Amma Röya xanımda ilbiz düzgün yerə qoyulmayıb və fəsad əməmlə gəlib. Problem həddindən artıq çox böyüyüb. Düzgün müalicə aparılıb, aparılmayıb bilmirəm".
"Efirdəyik, evdə olsaydıq danışardım. İndi bizə milyonlarla insan baxır, olmaz. Çox şey ürəyimdədir" deyə, C.Zeynallı reaksiya verib.
Tehsil-press.az