Məişətdə elektrik enerjisindən qənaətli istifadə üsulları.
Enerji qənaəti, istehsalda, rahatlığımızda və iş gücündə hər hansı bir azalma olmadan enerjinin məhsuldar istifadə edilməsidir və ya daha az enerji istifadə edərək eyni işi görməkdir.
Elektik enerjisinin qənaətsiz istifadəsi və elektrik cihazlarının düzgün işlədilməməsi hər bir ailənin büdcəsinə böyük zərər vuran amillərdəndir. Halbuki, hər bir ailə bir neçə elektrik enerjisindən gənaətli istifadə qaydalarını öyrənib və onları sistematik olaraq tətbiq edib elektrik enerjisi sərfiyyatını yarıya qədər azalda bilər.istifadəsinin qarşısını alır.
Sənayedə müxtəlif növ lampalar istehsal edilir və əgər seçmək məcburiyyətində olsanız, o zaman lüminessensiyalı lampalara üstünlük verin. Çünki lüminessensiyalı lampaların istifadəsi 80%-ə qədər elektrik enerjisinə qənaət edir
Otaqlardan ayrılarkən işıqların söndürülməsi, elektrik enerjisindən qənaətli istifadənin bir yoludur. Hər bir ailə üzvünün bu qaydaya riaət etməsi 35%-ə qədər elektrik enerjisinin və ailə bütcəsinin qənaətinin təminatıdır.
Evdə elektrik qızdırıcılardan ehtiyacı olmadan istifadə etməyin. Ayna və qapılardan sızılan soyuq havanın qarşısını alın.
Hər ay eyni gündə sayğacınızın göstəricisini çıxarıb keçən ayın göstəriciləri ilə müqaisə edin, və elektrik enerjisinə qənaətin (və ya artıq sərfiyyatın) səbələrini araşdırın.
Elektrik enerjisinin oğurluğu ilə məşqul olmayın. Elə bir elektrik enerjisinin oğurlama yolu yoxdur ki, onu təcrübəli ekspert-elektrotexnik aşkar edə bilməsin. Nəzərə alın ki, sayğac laboratoriyasında sayğacın geriyə fırlanılmasını aşkar etmək asandır.
İşdə olarkan evdə işığın və elektrik cihazlarının sönüb-sönmədiyini yada salanda həyacan hissi hamıya məlumdur. Belə xoşagəlməz hadisələrdən, elektrik enerjisinin faydasız istifadəsindən və evdə yanğın təhlükəsizliyini təmin etmək üçün sayğacınızdan bir az aralı elektrik xəttinə işıq açarı (işıq söndürən) qoşun, və onu qapının yanına quraşdırın. Lakin, bu halda soyuducunuzun rozetkasını ayrı xəttlə çəkib, quraşdırdığınız işıq açarından əvvəl elekrik xəttinə birləşdirin. Bu işləri etdikdən sonra, siz evdən çıxarkan evdə elektrik enerjisinin verilməsini kəsib (soyuducudan başqa), rahat işə gedə bilərsiniz. YADDA SAXLAYIN ki, işıq açarının quraşdırılması mütəxəssis tərəfindən yerinə yetirilməlidir.
Tehsil-press.az