Bütün Ukraynada elektrik enerjisi kəsildi

Bütün Ukraynada elektrik enerjisi kəsildi İyunun 2-də bütün Ukraynada elektrik enerjisinin verilişində fövqəladə kəsilmə başlayıb.

Bu barədə “Yasno” elektrik şirkətinin direktoru Sergey Kovalenko məlumat verib.

“Bütün ölkə ərazisində elektrik enerjisinin verilişində kəsilmələr başlayıb. Qrafik yoxdur”, - Kovalenko bildirib.

O, sakinləri də diqqətli olmağa çağırıb və problemin aradan qaldırılmasının bir neçə saat çəkəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tehsil-press.az

Oxşar xəbərlər