BDU tələbələri Bolqarıstanda keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər

BDU tələbələri Bolqarıstanda keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev 5-11 avqust 2024-cü il tarixlərində Bolqarıstanda keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər.

Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçiriləcək Olimpiada universitet tələbələri üçün nəzərdə tutulub. İştirakçılara cəbr, analiz (real və kompleks), həndəsə və kombinatorika sahələrini əhatə edən məsələlər təqdim ediləcək.

Qeyd edək ki, tələbələrimiz həm də BDU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər