Stimul Hospitalda ölüm hadisəsi ilə bağlı açıqlama

Stimul Hospitalda ölüm hadisəsi ilə bağlı açıqlama Saytımızda dərc etdiyimiz "“Stimul Hospital”da xəstə necə ölüb? - ŞOK DETALLAR: VİDEO" başlıqlı yazıya Stimul Hospitaldan daxil olan açıqlamanı olduğu kimi dərc edirik:

Xəstə 1992-ci il təvəllüdlü Cabbarlı Aytən Fəxrəddin qızı klinikaya kənar ağır vəziyyətdə daxil olmuşdur. Xəstə klinikaya daxil olarkən, dəri örtüyü avazmış, arterial təzyiq 60/20 mm civə sütunu, saturasiyası 30, nəbzi 150/160 olmuş, xəstənin ağzından və burnundan qan gəlmişdir.

Xəstənin yaxınlarından ilkin məlumatlar toplanmış, verilən məlumatlara görə xəstənin evdə 4 gün qızdırması olmuş, bununla əlaqədar iyul ayının 8-dən 9-na keçən gecə 3 saylı şəhər klinik xəstəxanasına müaricət etmişlər. Xəstəxanada yaxınların dediyinə görə xəstənin mədəsi yuyulmuş və evə buraxılmışdır. Buna baxmayaraq qusması davam etmişdir. 09.07.2024 cü il saat 08:00 rədələrində bizim klinikaya ağır vəziyyətdə müraciət etmişlər, xəstəyə dünya protokolunda mümkün olan bütün reanimasyon tədbirlər göstərilmiş və dərhal 103 çağrı mərkəzinə müraciət edilmişdir. Onlar üç fərqli-fərqli Təcili Tibbi Yardım briqadası klinikaya gəlmiş xəstənin vəziyyətini qiymətləndirmiş və xəstənin növbəti xəstəxanalara transferindən imtina etmişlər.

Hətta xəstə yaxınları öz istəkləri ilə klinikamıza həkim renimatoloq dəvət ediblər. Həkim reanimatoloq xəstənin ağır vəziyyətdə olduğunu və bütün reanimasyon tədbirlərin düzgün aparıldığını qeyd edib.

Sonra xəstənin yaxınları tərəfindən mərkəzi klinikadan Təcili Tibbi Yardım biriqadası çağırıldı və xəstənin vəziyyətinin ağır olmasını qeyd edildi, xəstənin transferindən imtina edildi.

Bu hadisə ilə bağlı dərhal tərəfimizdən 13-cü polis bölməsinə və Sabunçu rayon prokrorluğuna məlumat verilmiş və onlar klinimaza gəlib bütün bu hadisələrdə bizimlə birlikdə iştirak etmişlər.

Tərəfimizdən aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır.

Faktla bağlı Sabunçu rayon prokrorluğunda araşdırma aparılır.

Stimul Hospitalın kollektivi mərhumun ailə üzvlərinə baş sağlığı diləyir.

Tehsil-press.az

Oxşar xəbərlər