Səhiyyə Nazirliyi ev şəraitində müalicə alan COVID-19 virusuna yoluxmuş vətəndaşlara onlarla birlikdə yaşayan yaxınları ilə xüsusi davranış qaydalarına əməl etməyi tövsiyə edib.
Bu barədə məlumatı Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova verib. Bildirib ki, koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara öz evlərində sahə həkiminin nəzarəti altında müalicə alan zaman, ilk növbədə, ayrıca bir otaqda izolyasiya olunmaqları məsləhət görülür: “Belə şərait olmadığı halda xəstənin yatağının digərlərindən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur. Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özlərini və ətrafdakıları virusa yoluxmadan qorunmuş olurlar. Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyə olunur.
Bununla yanaşı, bu müddət ərzində koronavirusa yoluxmuş xəstə qohum və yaxınları vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər. Bu mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür.
İmmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Və təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır”.
Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü xəstənin şəxsi gigiyena vasitələri və yemək qablarının ayrı saxlanılmalı olduğunu bildirib. İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. COVID-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayələr ilə təmizlənməlidir, xəstənin paltarları isə ayrıca 60 - 90 dərəcədə yuyulmalıdır, otaqlar tez-tez havalandırılmalıdır.
Tehsil-press.az