"Elçini həmin musiqiçilər məhv etdilər" - Ağladı - VİDEO

"Günlərin bir günü toyda idim. Ofisiantlardan biri yaxınlaşıb mənə dedi ki, Nazim bəy, sizi restoranın dəhlizinə yaşlı bir kişi çağırır. Ora gedəndə mərhum Elçin Cəlilovu gördüm. Yaşlı kişi... Elçin mənimlə yaşıd idi. O mənzərəni görmək istəməzdim. Elçinin saçı səliqəsiz, üzü saqqallı, əyin-başı isə tör-töküntülü idi. Söylədi ki, mənə biraz pul ver, çıxıb gedim. Elçin özü də bu vəziyyətindən xəcalət çəkirdi. Çünki özü də kim olduğunu gözəl anlayırdı. O, pulu istəyəndə də utana-utana istəyirdi. Hiss olunurdu ki, içindəki vicdan onu parçalayır. O məndən 20 manat pul istəyirdi".

Bu sözləri müğənni Nazim Pişiyari mərhum həmkarı Elçin Cəlilov haqqında danışarkən deyib. "O üz" proqramına qatılan ifaçı E.Cəlilovun həyatından danışıb:

"Elçin Cəlilov zamanında ən populyar müğənnilərdən belə toylara qat-qat baha qiymətə gedirdi. O, Xalq artistləri Məmmədbağır Bağırzadə, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova kimi məşhurlarla bir yerdə el şəbliklərinə gedirdi. Onlar 1000-2000 manata toya gedirdilərsə, Elçin 3000 manata gedirdi. Elçin demək olar ki, hər gün toya gedirdi. Ona çox böyük tələbat var idi. Mənfur insanlar Elçində o çox sayda pulu gördülər. Ətrafında olanlar çalışdılar ki, onu sənətdən uzaqlaşdırsınlar, həm də o, müəyyən şeylərə görə onların sponsoru olsun. Onu pis yola sürükləyən isə Elçinin yanında olan musiqiçilər idi. Axı musiqiçi müğənni qədər toydan pul qazanmır. Ona görə də o musiqiçilər Elçinin üstünə qonmuşdular. O musiqiçilər indi də yaşayırlar. Onlar Elçini uçuruma apardılar və onu məhv etdilər".



Tehsil-press.az

Oxşar xəbərlər