Bakı Hərbi Məhkəməsində 20 il öncə Rusiyada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.
Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Diasporlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov şahid qismində ifadə verib.
O, qətlə yetirilən Elçin Əliyevi 1994-cü ildən Ukraynada biznes fəaliyyəti ilə məşğul olarkən tanıdığını deyib: “Bakıda olarkən, mənə zəng edib dedilər ki, Elçin qətlə yetirilib. Dərhal ailəsinin yanına getdim, orada hər kəs Elçini Rövşən Əkbərovun qətlə yetirdiyini deyirdi. Mən və mərhumun biznes ortağı Səməd Novruzov meyiti gətirmək üçün Ukraynaya getdik. Morqda gördüm ki, meyitin sinəsində bıçaq xəsarəti var”.
Tehsil-press.az