İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasında Yaxın Şərqdə NATO-nun Avropadakı kimi təhlükəsizlik alyansı yaratmağa çağırıb. O, deyib ki, İsrail ABŞ ilə birlikdə Yaxın Şərqdə “İranın terror oxu ilə toqquşmada” qalib gələcək.
Bu, hədədir, yoxsa növbəti müharibənin anonsu?
Mövzu ilə bağlı danışan politoloq Sultan Zahidov deyib ki, Netanyahu ABŞ Konqresində çıxışı zamanı bir sıra maraqlı məqamlara toxundu:
“Burada İran xüsusi yerə malik idi. Yaxın və Orta Şərqdəki bütün problemlərin əsasında İranın olduğunu göstərdi. Netanyahunun təbirincə desək, rəsmi Tehran dünyanın hər yerində və ABŞ daxilində rəsmi Vaşinqtonun əleyhinə həyata keçirilən etiraz aksiyalarını dəstəkləyir. Hətta İranın dəstəyi ilə etirazlara çıxan şəxsləri axmaq adlandırdı. Məsələ burasındadır ki, Netanyahunun bu çıxışı İran və İsrail arasında uzun illər davam edən psixoloji müharibənin tərkib hissəsidir. Hər iki tərəf qarşılıqlı formada bir-birini hədələyir, Yer üzündən silməklə təhdid edir”.
Politoloqun sözlərinə görə, hazırkı geosiyasi vəziyyət müharibə ehtimalını aşağı salır:
“İsrail Qəzzada əməliyyatları bitirməyib, istəyinə nail olmayıb. Buna görə də beynəlxalq səpkidə təzyiqə məruz qalır. ABŞ prezident seçkilərinə hazırlaşır. Kimin qalib gələcəyi onun xarici siyasət kursunu formalaşdıracaq. Donald Tramp prezident seçilərsə, İrana qarşı kəskin münasibət sərgiləyəcək. İndiki halda müharibə ehtimalı yoxdur. İsrail, ABŞ İranı vurarsa, o da cavab verəcək. Bu isə Üçüncü Dünya müharibəsinin başlaması deməkdir. Netanyahunun bu açıqlaması təhdid xarakterlidir”./Globalinfo.az
Tehsil-press.az