İsrail: Rusiya ilə “hərbi sərhədimiz” var

İsrail: Rusiya ilə “hərbi sərhədimiz” var Ukraynaya verilən Qərb silahları artıq İsrail sərhədlərində görünməyə başlayıb.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Ukraynaya verdiyimiz istənilən sistemlərin İranın əlinə keçə biləcəyi üçün bizə qarşı istifadə ediləcəyi ilə bağlı da narahatlığımız var. Yeri gəlmişkən, bu, ehtimal deyil. Həqiqətən də sərhədlərimizdə Qərbin tank əleyhinə silahlarını tapırıq. Bundan başqa, bizim Rusiya ilə yaxın hərbi sərhədimiz var. Pilotlarımız Suriya səmasında rus pilotlarla bərabər uçur", - Netanyahu bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər