Rusiya prezidenti Vladimir Putin Vaşinqtona xəbərdarlıq edib.
"Ölkə.az" xəbər verir ki, Rusiya lideri Almaniyada Amerikanın uzaqmənzilli raketlərinin peyda olacağı təqdirdə Rusiya Federasiyasının mühüm moratoriumun tətbiqini dayandıracağını deyib.
Dövlət başçısı bu barədə Sankt-Peterburqda Baş Dəniz Paradını qəbul edərkən bildirib:
“Amerika administrasiyası və Almaniya hökumətinin 2026-cı ildən Almaniya Federativ Respublikası ərazisində Amerikanın uzaqmənzilli yüksək dəqiqlikli raket sistemlərinin yerləşdirilməsi planlarına dair bəyanatı diqqəti cəlb edir. Gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək bu cür raketlərin ərazimizdəki hədəflərə uçuş müddəti təxminən 10 dəqiqə olacaq".
Putin qeyd edib ki, ABŞ belə planı həyata keçirsə, Rusiya özünü orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə, o cümlədən Hərbi Dəniz Qüvvələrimizin sahil qüvvələrinin imkanlarının artırılmasına dair əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan azad hesab edəcək.
Tehsil-press.az