Rusiya Dövlət Duması mövcud dövlət başçısına daha iki dəfə namizədliyini irəli sürmək hüququ verən qanun layihəsini qəbul edib.
Bununla Prezident Vladimir Putin daha iki dəfə seçkilərə qatıla biləcək.
Qeyd edək ki, iyulun 1-də keçirilən referendumda qəbul edilən Konstitusiyaya əsasən, dövlət başçısı namizədləri üçün şərtlər yenidən tənzimlənmişdi.
Belə ki, ən azı 35 yaşlı və ən azı 25 ildir Rusiyada yaşayan, başqa ölkə vətəndaşlığı olmayan Rusiya vətəndaşları dövlət rəhbərliyinə namizədliyini irəli sürə biləcək.
Qanuna görə, Putin 2024-cü ildə vəzifəsinin müddəti başa çatdıqdan sonra daha iki dəfə prezidentliyə namizəd ola biləcək.
Tehsil-press.az