Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəyə görə Qərbi təqsirləndirib.
V.Putin Federal Məclisə müraciətinin əvvəlində, gözlənildiyi kimi, Ukraynadakı hərbi əməliyyatlardan danışıb. O bildirib ki, Rusiya 2014-cü ildən Donbasda münaqişəni dinc yolla həll etməyə çalışsa da, ABŞ və Qərb başqa ssenari üzərində işləyirdi. 2021-ci ildə RF-nin təklif etdiyi təhlükəsizlik təminatına dair layihənin bütün bəndləri rədd edilib və bundan sonra Rusiya Donbasda başlanan müharibəyə son qoymalı oldu.
V.Putin çıxışında Kiyevi silahla təmin edən ölkələrə xəbərdarlıq edərək deyib ki, Ukraynaya gətirilən sistemlər nə qədər uzaqmənzilli olarsa, Rusiya təhdidləri sərhədlərindən bir o qədər uzaqlaşdırmağa məcbur olacaq. “Rusiyaya döyüş meydanında qalib gəlmək mümkün deyil”, - deyə o vurğulayıb.
Bundan başqa, Rusiya lideri ölkəsinin Strateji Hücum Silahları haqqında Müqavilədə iştirakını dayandırdığını bildirib. Rusiyanın müqavilədə iştirakını bərpa etməsi üçün NATO-nun ümumi hücum arsenalının necə nəzərə alınacağını öyrənməsinin vacibliyini qeyd edən V.Putin deyib ki, indi ABŞ-da bəziləri nüvə silahı sınaqları keçirmək barədə düşünürlər. Bu halda, Rusiya da belə sınaqlar keçirməyə hazırdır. O, Müdafiə Nazirliyi və Atom Enerjisi Agentliyinə nüvə silahı sınaqları keçirməyə hazır olmağı tapşırıb.
V.Putin çıxışının növbəti hissəsini iqtisadi və sosial məsələlərə həsr edib. O, ölkədə 2024-cü ildə nəzərdə tutulmuş prezident seçkilərinin planlaşdırılmış vaxtda Konstitusiyaya uyğun keçiriləcəyini bildirib.
Tehsil-press.az