Maaşlar bu qədər artacaq - DƏQİQ MƏBLƏĞ AÇIQLANDI

Maaşlar bu qədər artacaq - DƏQİQ MƏBLƏĞ AÇIQLANDI Ölkəmizdə minimum əməkhaqqının ilin sonuna qədər artırılması gözlənilir. İqtisadçılar hesab edirlər ki, minimum əməkhaqqının məbləği 345 manatdan 500 manatadək artırıla bilər. Buna səbəb kimi, bir sıra istehlak məhsulları və xidmət sahəsindəki qiymət artımı göstərilir. Digər tərəfdən isə, yaxın gələcəkdə devalvasiya təhlükəsinin olduğu da iddia edilir.

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert və hüquqşünas Əkrəm Həsənov bildirib ki, minimum əməkhaqqının artırılması hər şeydən öncə qanunvericiliyin tələbidir: “Birincisi, minimal əməkhaqqının artırılmasını qanunvericilik tələb edir. Belə ki, Azərbaycan bir sıra beynəlxalq sənədlərə, o cümlədən Avropa xartiyasına qoşulub. Həmin xartiyaya görə, ölkədə minimal əməkhaqqı tələbi ölkə üzrə orta əməkhaqqının ən azı 60 faizini təşkil etməlidir. Bizdə deyilir ki, orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur. Bu da avtomatik onu göstərir ki, minimum əməkhaqqı ən azı 600 manat olmalıdır. Eyni zamanda bu indiki qiymətlərdən də irəli gələn bir zərurətdir. Digər tərəfdən qiymət artımı və devalivasiya gəldikdə, hər iksi labüddür. Sadəcə, qiymət artımı onsuz da davam edir və böyük ehtimalla belə də davam edəcək. Xüsusən, nəzərə alsaq ki, tənzimlənən qiymətlər də artırılır. Buna görə də digər mal və xidmətlərin də qiymətləri artacaq. Bu minimal əməkhaqqıya bağlı deyil. Minimal əməkhaqqı işəgötürənin işçiyə verəcəyi minimum əməkhaqqı miqdarıdır. Onsuz məlumdur ki, qeyri-rəsmi formada minimum əməkhaqqı 345 manatdan çoxdur”.

Ekspertin fikrincə, yaxın 3 ildə manatın dollar qarşısında devalvasiya təhlükəsi var: “O ki, qaldı milli valyutanın devalvasiyasına, bu bir qədər başqa məsələdir. Bu ölkənin valyuta ehtiyatları ilə bağlıdır. Valyuta ehtiyatlarımız da birbaşa neftin qiymətindən asılıdır. Hazırda neftin qiyməti sabitdir və devalvasiya təhlükəsi yoxdur. Amma burada Azərbaycan üçün başqa bir amil var. Bizdə neft hasilatının həcmi azalır. Daha az neft ixrac edirik. Digər tərəfdən dünya bazarlarında neft qiymətlərinin ucuzlaşması ehtimalı var. Hər bir halda yaxın 3 il ərzində devalvasiyanın olma ehtimalı çox böyükdür”./ Yenisabah.az

Tehsil-press.az

Oxşar xəbərlər